18 avqust 2026 15:55
77

Paşinyan Ermənistanın ABŞ ilə əlaqələrinin genişlənəcəyinə əminliyini ifadə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamade ilə görüşü zamanı Ermənistan ilə ABŞ arasında siyasi və iqtisadi əlaqələrin genişlənəcəyinə əminliyini bildirib.

“İki sahil” xəbər verir ki,  bu barədə TASS məlumat yayıb.

Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, Paşinyan son zamanlar iki ölkə arasındakı münasibətlərin dinamik xarakter aldığını vurğulayıb. O, ikitərəfli əməkdaşlığın zəngin gündəliyinin ardıcıl şəkildə irəlilədilməsinin vacibliyini qeyd edərək, əlaqələrin həm siyasi, həm iqtisadi, həm də texnoloji sahələrdə dərinləşməyə davam edəcəyini bəyan edib.

Görüşdə regional proseslər, o cümlədən "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsinin icrası üzrə fikir mübadiləsi aparılıb.