17 avqust 2026 11:43
99

"Alibaba" oyun bölməsini 1,5 milyard dollara satdı

Çinin texnologiya nəhəngi "Alibaba Group" videooyunların tərtibatı üzrə ixtisaslaşan Lingxi Games bölməsini Honq-Konqun Trustar Capital investisiya fonduna satmaq barədə razılıq əldə edib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, sövdələşmənin nəticələrinə əsasən, "Alibaba" ən azı 1,5 milyard dollar əldə edəcək.

Bu satış şirkətin strateji prioritetlərini süni intellekt (AI) və bulud texnologiyaları sahələrinə yönəltmək məqsədi daşıyır. Qeyd edək ki, "Alibaba" son illərdə əsas fəaliyyət istiqamətinə daxil olmayan qeyri-profil aktivlərini gəlirli etməyə və ya satmağa üstünlük verir. Şirkət 2024-cü ilin sonunda özünün Sun Art və Intime pərakəndə satış aktivlərini də 2,4 milyard dollara satmışdı.

"Lingxi Games" studio tərəfindən buraxılan oyunlar arasında ən məşhuru populyar strateji oyun olan "Three Kingdoms: Strategy Edition" hesab olunur. Ötən il bölmənin illik gəlirinin təxminən 450-600 milyon dollar arasında olduğu bildirilir.