17 avqust 2026 12:19
104

Ağ Ev İranda nüvə silahının tətbiqini müzakirə edir?

ABŞ Nümayəndələr Palatasının keçmiş üzvü Mardjori Teylor-Qrin iddia edir ki, Vaşinqton administrasiyası İrana qarşı nüvə silahının tətbiqi imkanlarını nəzərdən keçirir.

“İki sahil” xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb  

"Təhlükəsizlik məsələləri üzrə müşavirələrdə İrana qarşı nüvə silahının tətbiqi müzakirə olunur. Bəli, düz oxudunuz. Bu, həqiqətdir. Mən şayiə yaymıram, bunu dəqiq bilirəm", — deyə o, yazıb.

Respublikaçılar Partiyasının üzvü olan Mardjori Teylor-Qrin kəşfiyyat xidmətlərinin İramın nüvə silahı yaratmaqdan uzaq olması barədə məlumatlarına baxmayaraq, ABŞ administrasiyasını İrana qarşı hərbi əməliyyatlara başladığı üçün növbəti dəfə kəskin tənqid edib. O, amerikalıları Ağ Evin dünyanı sürüklədiyi "nüvə holokostu"nun qarşısını almağa çağırıb.