17 avqust 2026 11:02
109

Ukrayna Silahlı Qüvvələri hava zərbələri ilə bağlı statistikanı niyə açıqlamır?

Ukrayna Silahlı Qüvvələrinin hava zərbələri ilə bağlı məlumat verməməsinin səbəbi məlum olub. 

“İki sahil” xəbər verir ki,  Almaniyanın "Die Welt" media orqanı hesab edir ki, göstəricilər "fəlakətli" göründüyü üçün Ukrayna Silahlı Qüvvələri hava zərbələri üzrə tam statistikanı dərc etməyi dayandırıb.

"Ukrayna Hərbi Hava Qüvvələri bir neçə gün əvvəl bildirdi ki, onlar artıq neçə raketi vurub-vurmadıqları barədə statistik göstəriciləri açıqlamayacaqlar. Çünki bu statistika hazırda fəlakətli görünür və təbii ki, insanları qorxudur", — deyə məlumatda qeyd edilib.

O əlavə edib ki, Ukraynadakı bir çox insanlarda artıq müharibə yorğunluğu yaranıb.

Bir qədər əvvəl "Bloomberg" agentliyi də Ukraynanın Ukrayna Silahlı Qüvvələrinin obyektlərinə tərəf atılan Rusiya raketlərinin sayı barədə məlumatların dərcini dayandırdığını xəbər vermişdi. Agentliyin məlumatına görə, bu qərar Rusiyanın son zərbəsindən sonra qəbul edilib; həmin hücum zamanı KİV-lərin məlumatına görə, Ukrayna HHM sistemləri bir dənə də olsun raketi ələ keçirə bilməyib.