13 avqust 2026 17:30
118

Polşa ukraynalıların ölkəni tərk etməsinə görə Aİ-də lider olub

Ukraynadan olan qaçqınlar Polşanı kütləvi şəkildə tərk edirlər və ölkə bu göstərici üzrə Aİ-də lider olub.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa Komissiyasının statistika agentliyi - Avrostat məlumat yayıb.

Agentliyin məlumatına görə, təkcə iyun ayı ərzində 6 mindən çox ukraynalı Polşanı tərk edib. İtaliya, Çexiya və Almaniya ukraynalı qaçqınlar arasında yaşayış yerini dəyişmək üçün ən çox üstünlük verilən ölkələr olub.

Qurumun bildirdiyinə görə, hazırda Polşada hərbi əməliyyatlarla əlaqədar müvəqqəti müdafiə statusundan yararlanan 961 min Ukrayna vətəndaşı yaşayır.