13 avqust 2026 16:11
128

Britaniyada parlamentə tarixdə ən çox namizədin qatıldığı əlavə seçkilər başlayıb

Böyük Britaniya parlamentinin İcmalar Palatasına (aşağı palata) Şərqi İngiltərənin Klakton seçki dairəsində əlavə seçkilər başlayıb.

“İki sahil” BBC yayım korporasiyasının məlumatına istinadla xəbər verir ki, bu seçkilərdə Birləşmiş Krallıq tarixində ən çox namizəd iştirak edir, bülletenin uzunluğu isə həmən-həmən 1 metrə çatır.

Belə ki, cəmi bir deputat mandatı uğrunda eyni anda 34 iddiaçı, o cümlədən sağ-populist "Reform UK" partiyasının lideri Naycel Faraj mübarizə aparacaq. O, seçkilərdə aydın favoriti hesab olunur. Faraj 2024-cü ildən iyulun 7-də istefa verənədək İcmalar Palatasında Klaktonu təmsil edib.

"Reform UK" lideri o vaxt yeni seçkilərin keçirilməsi məqsədilə qəsdən mandadan imtina etmişdi. Faraj bir sıra sahibkarlardan aldığı bəxşişləri bəyan etməməsi ilə bağlı qalmaqallar fonunda bu addımı atıb. Bununla belə, o, seçicilərin özlərinin onun parlamentdə onları təmsil etməyə layiq olub-olmadığına qərar verə bilməsi üçün əlavə seçkilərdə öz namizədliyini irəli sürüb.