07 avqust 2026 11:37
90

"Politico": İslandiya Aİ-dəki bürokratiya səbəbindən problemlərlə üzləşə bilər

İslandiyanın keçmiş prezidenti Oulavur Raqnar Qrimssonun "Politico" nəşrinə bildirdiyinə görə, 400 min əhalisi olan İslandiya bloka qoşulacağı təqdirdə əhali sayına görə İttifaqın ən kiçik ölkəsi olacaq və bu, kadr çatışmazlığına səbəb olacaq. Əsas nazirliklərdə cəmi 600-700 məmurun çalışması və Brüsseldən uzaqlıq Reykyavikə öz səsini eşitdirməyi çətinləşdirəcək.

“İki sahil” xəbər verir ki,  Qrimsson qeyd edib ki, Aİ-yə üzvlük Çin, Böyük Britaniya və digər dövlətlərlə mövcud ticarət sazişlərindən imtina etməyi tələb edəcək.

Danimarkadan asılılıq tarixi səbəbindən islandiyalılar üçün suverenliyin həssas mövzu olduğunu vurğulayan siyasətçi qeyd edib: "Biz uzaq hakimiyyət mərkəzindən müstəqillik əldə etmək üçün 100 il mübarizə aparmışıq. Növbəti 100 ili başqa bir uzaq hakimiyyət mərkəzindən asılılıqda keçirmək perspektivi o qədər də cəlbedici görünmür".

İslandiyanın ən böyük müxalifət partiyasının sədri Qvudrun Hafsteynsdottir də hesab edir ki, yeni üzvlük danışıqları onsuz da azsaylı olan dövlət aparatının əhəmiyyətli qüvvələrini yayındıracaq və referendum müsbət nəticələnərsə, bütün sistem növbəti iki ildə məhz bu prosesə işləyəcək.