05 avqust 2026 22:18
113

Gənclər və idman naziri Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət millimizin məşqində olub

Bu gün gənclər və idman naziri Fərid Qayıbov Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət millimizin məşqində olub. GİN-in Voleybol Mərkəzində təşkil olunan məşqi Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov da izləyib.

Nazir məşqdən sonra millimizin üzvləri ilə söhbət edib. O, voleybolçularımızın hazırkı vəziyyətləri ilə maraqlanıb, həmçinin təlim-məşq toplanışı barədə məlumatlandırılıb. Fərid Qayıbov avqustun 21-də start götürəcək Avropa çempionatında millimizin qrup mərhələsini adlayaraq pley-offa vəsiqə qazanacağına inamını bildirib və voleybolçularımıza uğurlar arzulayıb. 

Sonra nazir Fərid Qayıbov millimizlə xatirə şəkli çəkdirib.

Qeyd edək ki, millimiz C qrupunda mübarizə aparacaq. Komandamız qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq. Bakıdakı oyunlar 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.