05 avqust 2026 23:33
99

Vozinyaya xüsusi icazə verildi

Çilinin “Kolo-Kolo” klubunun qapıçısı Vozinya oyun formasında ləqəbindən istifadə edə biləcək.

“İki sahil” xəbər verir ki, bu barədə “Africanews” məlumat yayıb. Çili futbol qurumları Kabo-Verde millisinin 40 yaşlı qapıçısı Jozimar Joze Evora Diaşa xüsusi icazə veriblər.

Portuqal dilindən tərcümədə “nənə uşağı” mənasını verən “Vozinya” ləqəbi futbolçunu bütün karyerası boyunca müşayiət edib. Bu ləqəb onun nənəsi və babasına ehtiramının ifadəsidir.

Çili çempionatının qaydalarına əsasən, futbolçuların formalarında yalnız soyadları yazılmalıdır. Lakin təcrübəli qapıçı üçün istisna edilib.

Qeyd edək ki, “Kolo-Kolo” avqustun 4-də Vozinya ilə müqavilə imzaladığını açıqlayıb. O, 2024-cü ildən Portuqaliyanın “Şaveş” klubunda çıxış edirdi.