05 avqust 2026 20:10
118

Çempionlar Liqası: "Orxus" - "Sabah" oyununun başlama saatı dəyişib

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orxus" (Danimarka) - "Sabah" oyunu nəzərdə tutulan vaxtdan yarım saat sonra - 21:00-da başlayacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb.

Buna səbəb Orxus şəhərindən Randers şəhərinə gedən yolda baş verən avtoqəza səbəbindən yaranan tıxaca görə komandaları gətirən avtobusların yubanmasıdır.

Məlumat üçün "Orxus" klubunun ev oyunlarını keçirdiyi stadion yenidən qurulduğundan avrokubok oyunlarını "Randers" stadionunda keçirilir.