05 avqust 2026 14:35
107

NATO-ya məxsus kəşfiyyat təyyarəsi yenidən Qara dəniz üzərində görünüb

NATO-nun «Bombardier Artemis II» kəşfiyyat təyyarəsi ayın əvvəlindən bəri ikinci dəfə Qara dənizin neytral suları üzərində uçuş həyata keçirir.

“İki sahil” xəbər verir ki, bu barədə TASS agentliyinə Avropa İttifaqının aviadispetçer xidmətlərindəki mənbə məlumat verib.

Təyyarə Rumıniyanın Konstantsa aerodromundan havalanaraq təxminən 10 km hündürlükdə akvatoriya üzərində qərbdən şərqə doğru manevrlər edib.

Həmin təyyarənin Qara dəniz üzərində rekord göstərici sayılan 9 saatlıq patrul uçuşu reallaşdırdığı bildirilmişdi. Həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin bu təyyarəsi Kalininqrad vilayəti yaxınlığında təxminən 5 saatlıq patrul xidməti aparıb.