05 avqust 2026 14:05
123

ABŞ yeni nüvə strategiyası hazırlayır

ABŞ Müdafiə Nazirliyi regional münaqişə baş verəcəyi hal üçün yenilənmiş nüvə strategiyası üzərində işləyir.

“İki sahil” xəbər verir ki, bu barədə mənbələrinə istinadla "NBC News" telekanalı məlumat yayıb.

Telekanalın verdiyi məlumata görə, Pentaqon bu planları Rusiya və ya Çinlə ehtimal olunan müharibə ssenarilərini nəzərə alaraq həyata keçirir.

Yeni konsepsiya eyni vaxtda və ya ayrı-ayrılıqda iki böyük nüvə dövləti (Rusiya və Çin) ilə baş verə biləcək hərbi qarşıdurma risklərinin qarşısını almaq və çəkindiricilik qabiliyyətini artırmaq məqsədi daşıyır.

Strategiyada həm strateji nüvə qüvvələrinin modernləşdirilməsi, həm də regional münaqişələrdə cavab tədbirlərinin operativliyi nəzərdə tutulur.