23 iyul 2026 21:19
107

Xankəndidə kafe yanıb

Xankəndidəki obyektlərdən birində baş verən yanğın zamanı 2 nəfər xəsarət alıb.

“İki sahil” xəbər verir ki, yanğın hadisəsi Xankəndi şəhərində fəaliyyət göstərən kafedə baş verib.

Yanğın zamanı kafenin işçiləri Zibeydə Bulud qızı Əsədova və Fidan Sücaət qızı Cəfərova yanıq xəsarətləri alıb.

Adı çəkilən şəxslər xilas edilərək xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.