Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlərlə görüş keçirilib. Görüşdə Bakı və regionlardan məktəb və liseyləri bitirib qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlər iştirak ediblər.
ADNSU-dan "İki sahil"ə bildirilib ki, rektor dosent Rüfət Əzizov abituriyentləri yüksək nəticə göstərmələri münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb. Görüş zamanı gələcəyin tələbələrinə universitetdə təhsil imkanları, ixtisaslar, maddi-texniki baza, tədris prosesi və tələbələr üçün yaradılan şərait barədə ətraflı məlumat verilib.
Sonda abituriyentləri maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.
Suallar ADNSU-nun rektoru və universitetin aidiyyəti struktur bölmələrinin rəhbərləri tərəfindən ətraflı cavablandırtılıb.
Daha sonra abituriyentlər universitetin laboratoriyaları, muzeyləri, kompüter otaqları və kitabxanası ilə tanış olub, ADNSU-nun tədris və elmi infrastrukturu barədə yaxından məlumat əldə ediblər.
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəman şəhidin doğum günü ehtiramla qeyd olundu
YAP Qaradağ rayon təşkilatında ərazi partiya təşkilatlarının rəhbərləri ilə görüş keçirilib