19 iyul 2026 13:48
146

Venesuelada zəlzələ qurbanlarının sayı artır

Venesuelada baş vermiş iki zəlzələ nəticəsində həlak olanların sayı 5 119 nəfərə yüksəlib.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Venesuela parlamentinin sədri Xorxe Rodrigesə istinadən məlumat yayıb.

O qeyd edib ki, yaralıların sayı iyulun 5-dən bəri dəyişməz olaraq qalır və 16 740 nəfər təşkil edir. Rodriqesin sözlərinə görə, dağıntılar altından xilas edilən insanların ümumi sayı 6 462 nəfərdir.

Xatırladaq ki, iyunun 24-də Venesuelada təxminən 40 saniyəlik fasilə ilə 7.2 və 7.5 bal gücündə iki güclü zəlzələ baş verib. Hadisə nəticəsində 190 bina tamamilə dağılıb, daha 856 bina isə ciddi ziyan görüb. 21 mindən çox insan hələ də müvəqqəti düşərgələrdə qalmaqdadır.