16 iyul 2026 12:24
80

Türkiyə Ukraynaya hərbi-dəniz təhlükəsizlik təminatı verməyə razılaşıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, Ukrayna üçün gələcək təhlükəsizlik zəmanətləri müzakirələri çərçivəsində rəsmi Ankara bu fəaliyyətin hərbi-dəniz komponentinə rəhbərlik etməyə razılıq verib.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Fidan Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqanın iştirakı ilə keçirilən birgə mətbuat konfransında Türkiyənin bu prosesdəki rolu və müttəfiqlərlə aparılan danışıqlar barədə bunları qeyd edib: "Əvvəllər Türkiyənin dinc tənzimləməyə potensial olaraq necə töhfə verə biləcəyi barədə sual qaldırılmışdı. Hazırda potensial sülh sazişinin ən mühüm aspektlərindən biri - Ukrayna üçün təhlükəsizlik təminatları müzakirə olunur. Bu təminatlar quru, dəniz və hava komponentlərini özündə birləşdirir. Türkiyə hərbi-dəniz komponentinə rəhbərlik etməyə razılaşıb. Bu məsələdə bizim müttəfiqlərimizlə tam qarşılıqlı anlaşmamız mövcuddur. Hazırda müvafiq müttəfiq hərbi-dəniz qüvvələri ilə bu istiqamətdə planlı işlər aparılır".