16 iyul 2026 08:39
106

SEPAH ABŞ-nin Küveyt və İordaniyadakı hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Küveyt və İordaniyadakı hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib.

“İki sahil” xəbər verir ki, bu barədə İranın “Press TV” telekanalı və “Mehr” agentliyi məlumat yayıb.

SEPAH-ın açıqlamasına görə, "Nəsr-2" əməliyyatının səkkizinci mərhələsi çərçivəsində Küveytdə yerləşən ABŞ-nin “Əli əl-Səlim” aviabazasındakı C-RAM erkən xəbərdarlıq radiolokasiya sistemi və ABŞ hərbçilərinin dislokasiya məntəqəsi birgə zərbələrin hədəfi olub.

“Mehr” agentliyinin məlumatına əsasən, eyni zamanda, ABŞ-nin İordaniyadakı “Əl-Əzraq” aviabazasına da zərbələr endirilib. Bildirilir ki, hücum nəticəsində ABŞ Silahlı Qüvvələrinə məxsus rabitə sistemləri və yanacaq anbarları hədəfə alınıb.

Məlumatlar İran tərəfi tərəfindən açıqlanıb. ABŞ və Küveyt, eləcə də İordaniya rəsmiləri hələlik bu iddialarla bağlı rəsmi açıqlama verməyiblər.