07 iyul 2026 02:38
74

Kamilo Duran “Qarabağ”ı tərk edir - Futbolçu “Seltik”lə anlaşıb

"Qarabağ"ın futbolçusu Kamilo Duran Şotlandiyanın "Seltik" klubu ilə anlaşıb.

Bu barədə Şotlandiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, kolumbiyalı hücumameyilli yarımmüdafiəçi Qlazqo təmsilçisi ilə şəxsi müqaviləsinin bütün detallarını razılaşdırıb.

İddiaya görə, "Seltik" bu keçid üçün "Qarabağ"a 3 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Qarabağ" Kamilo Duranı ötən ilin yayında Portuqaliyanın "Portimonense" klubundan 200 min avroya transfer etmişdi. 25 yaşlı vinger ötən mövsüm UEFA Çempionlar Liqasında 5 qol vurub.

AZƏRTAC