DÇ-2026-da 1/16 final mərhələsi davam edir.
Dünən daha 3 görüş keçirilib.
Əvvəlcə Portuqaliya və Xorvatiya milliləri üz-üzə gəliblər. Matçda Portuqaliya 2:1 hesablı qələbə qazanıb. Bu komanda 1/8 finalda İspaniyaya rəqib olacaq.
Digər oyunda İsveçrə Əlcəzairlə qarşılaşıb və 2:0 hesabı ilə üstün olub. Sözügedən yığma 1/8 finalda Kolumbiya-Qana cütünün güclüsü ilə üz-üzə gələcək.
Günün son matçında isə Avstraliya və Misir yığmaları qarşılaşıb. Görüşün taleyi penaltilər seriyasında həll olunub. Daha dəqiq oynayan misirlilər 1/8 finala adlayıblar.
3 iyul
DÇ-2026
1/16 final
Avstraliya - Misir - 1:1, pen - 2:4
Qollar: Emam Aşur, 13 (0:1), Mohamed Hani, 55-avtoqol (1:1)
QOL.az