29 iyun 2026 14:22
90

Gimnastlarımız Dünya kubokunda qızıl medal qazandılar

26–29 iyun tarixlərində Çinin Nankin şəhərində aerobika gimnastikası üzrə Dünya kuboku keçirilib.

“İki sahil” xəbər verir ki, Yarışda ölkəmizi fərdi proqramda Sara Əlixanlı, qarışıq cütlük proqramında isə Mədinə Mustafayeva və Vladimir Dolmatov təmsil ediblər. Təsnifat mərhələsinin nəticələrinə əsasən, Sara Əlixanlı 17.900 xal, Mədinə Mustafayeva və Vladimir Dolmatov isə 18.600 xal toplayaraq final mərhələsinə vəsiqə qazanıblar.
Finalda qarışıq cütlüyümüz 19.100 xalla rəqiblərini geridə qoyaraq qızıl medalın sahibi olublar. Sara Əlixanlı isə 18.050 xalla 6-cı yerdə qərarlaşıb.

Gimnastlarımızı bu uğur münasibətilə təbrik edirik!