28 iyun 2026 14:56
108

Mundialda Afrika rekordu

Tarixdə ilk dəfə Afrika qitəsindən 5 milli komanda dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb.

“İki sahil” xəbər verir ki, aşağıdakı komandalar DÇ-2026-nın 1/16 final mərhələsində oynayacaqlar:

Kabo-Verde

Konqo Demokratik Respublikası

Kot-d'İvuar

Misir

Cənubi Afrika Respublikası 

Beləliklə, mübarizəyə qoşulan 9 Afrika komandasından yarıdan çoxu yoluna davam edir. Bu, Kabo-Verde millisinin dünya çempionatında debüt oyunudur. Onlar 1/16 finalda son çempion Argentina ilə qarşılaşacaqlar.

Qeyd edək ki, DÇ-2026  Meksika, ABŞ və Kanadanın 11 şəhərində keçirilir. Turnir tarixində ilk dəfə olaraq 48 komanda iştirak edib.