ABŞ-də keçirilən futbol üzrə dünya çempionatının G qrupunda III turun oyununda Belçika Yeni Zelandiya üzərində inamlı qələbə qazanıb.
“İki sahil” xəbər verir ki, “BC Place” stadionunda keçirilən qarşılaşma avropalıların 5:1 hesablı üstünlüyü ilə başa çatıb.
Belçikanın heyətində Leandro Trossard dubla imza ataraq 28-ci və 50-ci dəqiqələrdə fərqlənib. Digər qolları Kevin De Brüyne (66), Romelu Lukaku (86) və Aleksis Salemakers (90+4) vurublar.
Yeni Zelandiyanın yeganə qolunu isə 84-cü dəqiqədə Cast Elaydca vurub.