26 iyun 2026 15:29
94

Bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Əhməd Yusifov Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinin ilk yarış günündə bürünc medal qazanıb.

“İki sahil” xəbər verir ki, Cüdo Federasiyasından bildirilib ki, 60 kiloqram çəkidə mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Fransa təmsilçisi Enzo Janı yuko xalı ilə məğlub edib. Sabah yığmanın daha 4 cüdoçusu mübarizəyə qoşulacaq.

Azərbaycanın 17 cüdoçu ilə təmsil olunduğu turnirə iyunun 28-də yekun vurulacaq.