22 iyun 2026 22:30
90

Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri oldu

Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri olub.

“İki sahil” xəbər verir ki, bu, 2026-cı il dünya çempionatının J qrupunun 2-ci turunda Avstriya yığması ilə keçirilən matçda qeydə alınıb. 

Messi mundiallarda 17-ci qolunu vuraraq bu göstəricidə 16 qolla Miroslav Klozeni geridə qoyub. Siyahıda üçüncü pillədə isə 15 qolla Kriştiano Ronaldo yer alır.

Qeyd edək ki, matç hazırda davam edir və Argentina millisi 1:0 hesabı ilə öndədədir.