22 iyun 2026 21:12
120

“Qarabağ”ın Avroliqadakı oyunlarının vaxtı müəyyənləşdi

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Vestri” (İslandiya) oyunlarının başlama saatları müəyyənləşib.

“İki sahil” UEFA-nın saytına istinadən xəbər verir ki, komandalar arasında ilk görüş iyulun 9-da Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matç saat 20:00-da başlayacaq.

Cavab qarşılaşması isə iyulun 16-da İslandiyanın paytaxtı Reykyavikdə yerləşən “Valbjarnarvöllur stadionunda təşkil olunacaq. Görüş yerli vaxtla saat 20:00-da  (Bakı vaxtı ilə 17 iyul, saat 00:00-da) start götürəcək.