Yeniyetmə badmintonçumuz Leyla Camalzadə Serbiyanın Novi Sad şəhərində keçirilən “Serbian U17 International” turnirində bürünc medal qazanıb.
“İki sahil” xəbər verir ki, Leyla Camalzadə qız bamdintonçuların şəxsi yarışında keçirdiyi ilk görüşdə Rumıniya təmsilçisi Ariana Giurgievə 2:0 (21-5,21-6) hesabı ilə qalib gəlib. Badmintonçumuz 1/16 finalda 3 setin yekununda Xorvatiya idmançısı Maja Praniçi mübarizədən kənarlaşdırıb – 2:1 (22-20,16-21,21-15). 1/8 finalda Türkiyə badmintonçusu Elanur Taskiranı 2:0 (21-19,21-15) hesabı ilə məğlub edən Leyla 1/4 finalda polşalı Hanna Vylegaya ilə çətin görüşdə qələbə qazanmağı bacarıb – 2:1 (21-7,15-21, 21-19). Yarımfinala yüksəlməklə bürünc medalı təmin edən Leyla finalın bir addımlığında turnirin qalibi Bolqarıstan badmintonçusu Maria Popova uduzub – 0:2 (16-21,14-21).