20 iyun 2026 21:12
116

Ərdoğan Nikuşor Dan ilə regional məsələləri müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rumıniya Prezidenti Nikuşor Danı qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə məlumat Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında paylaşılıb.

Görüş zamanı Türkiyə-Rumıniya ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan Türkiyənin iki ölkə arasında ticarət, müdafiə, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini bildirib və əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində addımların davam etdiriləcəyini vurğulayıb.

Türkiyə lideri həmçinin Qara dənizlə bağlı məsələlərdə Türkiyə və Rumıniya arasında sıx əməkdaşlığın əhəmiyyətini qeyd edib. Ərdoğan Türkiyənin sahilyanı ölkələrlə koordinasiyalı şəkildə Qara dənizdə təhlükəsizliyin təmin olunması və qorunması istiqamətində ciddi fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Görüşdə beynəlxalq təhlükəsizlik məsələlərinə də toxunulub. Ərdoğan bildirib ki, Türkiyə İranda sülhün bərqərar olunması istiqamətində müşahidə edilən müsbət inkişafların Ukrayna-Rusiya müharibəsinin başa çatdırılması prosesində də əldə olunması üçün intensiv səylər göstərir.