20 iyun 2026 11:27
95

İmtahanlarda köçürməyə şərait yaradan nəzarətçilərin sayı açıqlanıb

Keçən ilin qəbul və buraxılış imtahanlarında kompüter proqramı vasitəsilə aparılan təhlillər nəticəsində 319 zal nəzarətçisinin ağır və ya orta dərəcəli köçürməyə şərait yaratdığı müəyyən edilib.

“İki sahil” xəbər verir ki, bunu DİM-in "Abituriyent" jurnalının 12-ci nömrəsi əsasında Trend.az müxbiri müəyyən edib.

"İmtahan rəhbərlərinin hesabatlarının və xüsusi halların araşdırılması zamanı isə daha 377 nəzarətçinin başqa növ təlimat pozuntularına yol verdiyi aşkarlanıb" - Trend.az müxbirinin nəzərdən keçirdiyi həmin nəşrdən belə görünür.

"Pozuntulara görə məsuliyyətə cəlb edilənlər arasında 94 nəfər ağır köçürmə, 143 nəfər isə digər ciddi intizam pozuntusuna görə qeydə alınıb. Rəqəmlər qəbul imtahanları üzrə müvafiq olaraq 247, 143, 67 və 33, buraxılış imtahanları üzrə isə 72, 234, 27 və 110 nəfər təşkil edib.

Qəbul imtahanlarında ən çox pozuntu aşkarlanan rayonlar:

Şəmkir, Qazax, Ağstafa, Tovuz, Şamaxı, Balakən, Qax, Tərtər, Kürdəmir, İsmayıllı, Hacıqabul, Sabirabad, Neftçala, Salyan, Lerik, Cəlilabad, Masallı

Buraxılış imtahanlarında ən çox pozuntu aşkarlanan rayonlar:

Kəngərli, Babək, Şərur, Gədəbəy, Tovuz, Qobustan, Zaqatala, Tərtər, Ağsu, İmişli, Füzuli, Beyləqan, Biləsuvar, Neftçala, Yardımlı, Cəlilabad

Sadalanan rayonlarda nəzarətçilər arasında qayda pozuntularına yol vermə faizi ölkə üzrə orta göstəricidən ən azı iki dəfə yüksək olub", - bu da jurnalda yer alan təhlillərdən aydın olur.