20 iyun 2026 13:04
89

Masazırda 4 yaşlı uşağı motosiklet vuraraq öldürüb

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Məlumata görə, motosikletin vurduğu 4 yaşlı uşaq təcili tibbi yardımın köməyi ilə xəstəxanaya aparılsa da, yolda həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

"Report"