Türk dövlətlərinin rəqabət qurumları arasında əməkdaşlığın gücləndirilməsi strateji əhəmiyyət daşıyır.
“İki sahil” xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov "Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin III iclası və Rəqabət Forumu"nda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, qlobal iqtisadiyyatda baş verən dəyişikliklər fonunda rəqabət siyasətinin rolu daha da artır.
"Bazarlarda sağlam rəqabət prinsiplərinin qorunması, sahibkarların maneəsiz fəaliyyətinin təmin edilməsi və istehlakçı rifahının yüksəldilməsi innovasiyaların təşviqinə, eləcə də uzunmüddətli iqtisadi inkişafın təmin olunmasına xidmət edir. Bu baxımdan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin və koordinasiyanın gücləndirilməsi xüsusi strateji əhəmiyyət kəsb edir", – deyə E. Bağırov vurğulayıb.
Agentlik sədri əlavə edib ki, ortaq sivilizasiya, tarixi bağlar və iqtisadi əlaqələr üzv ölkələr arasında təcrübə mübadiləsinin genişlənməsinə, vahid yanaşmaların formalaşdırılmasına və institusional əməkdaşlığın daha da möhkəmlənməsinə əlverişli zəmin yaradır.
Azərbaycan Qazaxıstanla Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılmasını müzakirə edib
Kartdan-karta köçürmələrə limit tətbiqi kiberdələduzluq riskini azalda biləcəkmi? - RƏY
Yelo Taksit kartında komissiyasız nağdlaşdırma və köçürmə kampaniyası uzadıldı!