Azərbaycan ilə Qazaxıstan nəqliyyat, logistika və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərini müzakirə edib.
“İki sahil” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkə hesabında yazıb.
Məlumata əsasən, bununla bağlı müzakirələr azərbaycanlı nazir ilə Qazaxıstan Prezident Administrasiyası rəhbərinin müavini Asel Janasova ilə görüşdə aparılıb.
"Orta Dəhlizin inkişafı, onun rəqabətqabiliyyətinin artırılması, liman və nəqliyyat infrastrukturunun gücləndirilməsi, rəqəmsal platformaların tətbiqinin genişləndirilməsi, avtomobil yükdaşımalarının asanlaşdırılması və yeni bərə layihəsinin həyata keçirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi apardıq", - R.Nəbiyev qeyd edib.
Akkreditasiya edilmiş inspeksiya orqanları ilə növbəti maarifləndirici görüş keçirilib
Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub