10 iyun 2026 12:12
112

İranın xarici işlər naziri ABŞ qoşunlarını Yaxın Şərqdən çıxmağa çağırıb

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ hərbi qüvvələrini Yaxın Şərq ölkələrini tərk etməyə çağırıb.

“İki sahil” xəbər verir ki, nazir sosial şəbəkədə paylaşdığı bəyanatda bildirib ki, ABŞ qüvvələri təhlükəsizliklərini təmin etmək istəyirlərsə, regionu tərk etməlidirlər.

“Əgər təhlükəsiz olmaq istəyirsinizsə, regionumuzu tərk edin. Fars körfəzi tarixində dəvət olunmamış qonaqların acı aqibətlə üzləşdiyini göstərən çoxsaylı nümunələr var”, - deyə Əraqçi qeyd edib.

İranlı diplomat vurğulayıb ki, Tehran ölkəyə qarşı yönələn heç bir hücum və ya təhdidi cavabsız qoymayacaq.

Onun sözlərinə görə, İran öz milli təhlükəsizliyini və suverenliyini qorumaq üçün bütün zəruri addımları atmağa hazırdır.