08 iyun 2026 19:11
85

İsrail Livanda "Hizbullah" obyektlərinə hücumları bərpa edib

İsrail Müdafiə Ordusu Livanın cənubunda, "Hizbullah" silahlılarının ehtimal olunan obyektlərinin yerləşdiyi altı yaşayış məntəqəsinə aviazərbələr endirib.

“İki sahil” xəbər verir ki, bu barədə "Lebanon 24" xəbər portalı məlumat yayıb.

Məlumata görə, Bürc əş-Şimali, Xəraib, Xirbət-Düveyr, Əl-Maaşuk, Əs-Səmaiyə və Əl-Xoş qəsəbələri hücuma məruz qalıb. İsrail ordusunun hücumları Livan ərazisindən Yuxarı Qalileya istiqamətinə raketlərin atılmasından sonra həyata keçirilib.

Qruplaşmanın döyüşçüləri Livanın cənubundakı Əl-Edeysan rayonuna daxil olan İsrail hərbçilərinin karvanını atəşə tutublar. "Hizbullah"ın bəyanatında bildirilib ki, bu zaman sursat daşıyan yük maşını vurulub.