01 iyun 2026 21:18
88

Olimpiya çempionu: Keyfiyyəti təsdiqlənməmiş və sertifikatsız idman qidaları sağlamlıq üçün ciddi təhlükədir - VİDEO

“Qidanın nəbzi” podkast layihəsinin növbəti qonağı Olimpiya çempionu Fərid Mansurov olub. “İki sahil” xəbər verir ki, buraxılışda dövlət qeydiyyatından keçməyən idman qidalarının yaratdığı risklər, düzgün qidalanma və peşəkar idmanda sağlam seçimlərin əhəmiyyəti barədə danışılıb. Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Fərid Mansurov xüsusilə gənclərə və idmanla məşğul olan şəxslərə müraciət edərək bildirib ki, daha sürətli nəticə əldə etmək məqsədilə mənşəyi məlum olmayan, keyfiyyəti təsdiqlənməmiş və sertifikatsız məhsulların istifadəsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. O vurğulayıb ki, qazanc naminə verilən yanlış qərarlar uzun illər ərzində qurulan idman karyerasını və sağlamlığı risk altına qoya bilər. Sağlamlığın və davamlı uğurun əsasında düzgün məşq, balanslı qidalanma və məsuliyyətli seçimlər dayanır.