08 iyun 2026 15:40
87

MAQATE bir ilə yaxındır İranın əsas nüvə obyektlərini yoxlaya bilmir - Qrossi

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) təxminən bir ildir İranın əsas nüvə obyektlərinə çıxış əldə edə bilmir.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu MAQATE rəhbəri Rafael Grossi bildirib. 

MAQATE rəhbəri mətbuat konfransında çıxışı zamanı qeyd edib ki, agentliyin müfəttişləri 2025-ci ilin iyun ayından etibarən İranın mühüm nüvə obyektlərində yoxlama aparmaq imkanından məhrum olublar.

“Demək olar ki, bir illik boşluq yaranıb. Həmin vaxtdan etibarən, yəni təxminən bir il ərzində biz bu əsas obyektlərə çıxış əldə edə bilməmişik”, – deyə Qrossi bildirib.

Onun sözlərinə görə, nüvə fəaliyyətinin şəffaf şəkildə monitorinqi və beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə nəzarət üçün müfəttişlərin obyektlərə çıxışı mühüm əhəmiyyət daşıyır.

Bu arada, "Reuters" agentliyinin yaydığı məlumata görə, ABŞ MAQATE İdarəçilər Şurasının iclası üçün yeni qətnamə layihəsi hazırlayıb. Layihədə Irandan nüvə obyektləri və zənginləşdirilmiş uran ehtiyatları barədə daha ətraflı məlumat təqdim etməsi tələb olunur.