Azərbaycan Karate Federasiyasının Fullkontakt/Şinkyokuşin üslubu üzrə milli yığma komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında iştirak edib. “İki sahil” xəbər verir ki, Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında 24 idmançı (13 böyüklər və 11 gənclər), 5 hakim və 6 məşqçi ilə təmsil olunub. Yarışın nəticələrinə əsasən, böyüklər arasında Əliqismət Həsənov (-70 kq) gümüş medal qazanıb. Səlahət Həsənov (-80 kq) və Solmaz Zeynallı (-59 kq) isə bürünc medala sahib olublar.
Gənclər arasında Zamin Fərəcov (-75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Avropa çempionu olub. Elmir Cəbrayılov (-75 kq) və Nihat İmanov isə (-65 kq) gümüş medal qazanıb.