13 may 2026 19:12
137

Mourinyoya qarşı heç bir iddiam yoxdur - Kasilyas

"Real Madrid"in keçmiş qapıçısı İker Kasilyas bildirib ki, Joze Mourinyonun "Los Blancos"un baş məşqçisi vəzifəsinə qayıtmasını istəmir.

“İki sahil” xəbər verir ki, bir neçə mənbə əvvəllər portuqaliyalı məşqçinin təyinata yaxın olduğunu bildirmişdi.

"Mourinyoya qarşı heç bir iddiam yoxdur. O, mənə yüksək səviyyəli peşəkar kimi görünür. Onu "Real Madrid"də görmək istəmirəm. Düşünürəm ki, digər məşqçilər xəyalımdakı klubda daha yaxşı iş görərdilər. Bu, mənim şəxsi fikrimdir. Başqa heç nə yoxdur", - Kasilyas sosial media səhifəsi X-də yazıb.

Kasilyas "Real Madrid"də Mourinyonun rəhbərliyi altında oynayıb (2010-2013). Məşqçi hazırda "Benfika"ya rəhbərlik edir.