05 may 2026 21:33
157

ABŞ Hörmüz boğazında planlaşdırılan əməliyyatla bağlı İranı məlumatlandırıb

ABŞ administrasiyası Hörmüz boğazından gəmilərin müşayiət olunması üzrə planlaşdırılan əməliyyatla bağlı İranı əvvəlcədən məlumatlandırıb.

“İki sahil” xəbər verir ki,  bu barədə "Axios" mənbələrə istinadla məlumat yayıb.

Onların məlumatına görə, Ağ Ev bazar günü gəmilərin Hörmüz boğazından müşayiət olunması üzrə ABŞ-nin qarşıdan gələn əməliyyatı ilə bağlı İranı məlumatlandırıb və Tehrana müdaxilə etməməsi barədə xəbərdarlıq edib.