05 may 2026 19:54
162

Çadda silahlı hücum zamanı 23 hərbçi ölüb

"Boko Haram" qruplaşmasının yaraqlıları Çadda hərbi bazaya hücum ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə ordunun çərşənbə axşamı verdiyi bəyanatda bildirilib.

Məlumata görə, hücum nəticəsində azı 23 təhlükəsizlik xidməti əməkdaşı ölüb, 26 nəfər isə yaralanıb.

"Ordu bazar ertəsi axşam saatlarında Çad gölü bölgəsində baş verən hücumu dəf edib və hazırda ərazinin təmizlənməsi üzrə əməliyyatlar aparılır", - məlumatda qeyd olunub.

Çad Prezidenti Mahamat İdris Debi "Facebook" sosial şəbəkəsindəki bəyanatında silahlıların hücumunu pisləyib.

Xatırladaq ki, 2009-cu ildən bəri "Boko Haram" yaraqlıları öz nüfuzunu Nigeriyanın şimal-şərqindən Çadın qərbinə qədər genişləndirib və orada hərbi obyektlərə hücumlar intensivləşib.