06 may 2026 01:26
97

Rusiyanın itkiləri açıqlandı - 1532-ci gün

Ukrayna müharibənin 1532-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 336 120 hərbçi, 11 917 ədəd tank, 24 510 ədəd zirehli döyüş maşını, 41 386 ədəd artilleriya sistemi, 1 770 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 361 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 352 ədəd helikopter, 1320 ədəd yerüstü robot-texnika kompleksi, 94 030 ədəd avtomobil texnikası, 274 030 ədəd PUA, 4 584 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq, 4 170 xüsusi avadanlıq itirib.