20 aprel 2026 15:25
173

NATO qırıcıları Estoniya səmasında...

NATO-ya üzv ölkələrin qırıcı təyyarələri 20-26 aprel tarixlərində yenidən Estoniya üzərində təlim uçuşları həyata keçirəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə ERR məlumat yayıb.

"Bu həftə Estoniya sakinləri bir daha NATO qırıcı təyyarələrinin aşağı hündürlükdə uçmasının şahidi olacaq və səs baryerini aşma səsini eşidəcəklər", - deyə, məlumat da qeyd edilir.

Təlimlərə həmçinin səsdən sürətli manevrlər də daxil olacaq.

Fevral ayında ABŞ və Britaniya orduları Rusiya sərhədindən 100 km məsafədə, Estoniyanın Tapa şəhəri yaxınlığında canlı tanklardan istifadə edərək "Qış Düşərgəsi" hərbi təlimi keçiriblər.