Avropa İttifaqı Macarıstanda hakimiyyət dəyişikliyindən sonra İsrailə qarşı sanksiyalar tətbiq edə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Nəşrin məlumatına görə, Viktor Orban indiyədək İsrailə qarşı yönəlmiş təşəbbüslərin qarşısını alırdı. Məqalədə qeyd olunur ki, onun hakimiyyətdən getməsindən sonra bu cür sanksiyaların irəli aparılması ehtimalı artacaq.
Bildirilir ki, seçkilərdən sonra yeni baş nazirin Peter Madyar ola biləcəyi ehtimal edilir.
Avropalı diplomatlar və rəsmilər həmçinin vurğulayıblar ki, İsrailin Livana endirdiyi zərbələr Aİ-nin mövqeyinə təsir edib. Mənbələrdən birinin sözlərinə görə, bu addımlar İsrailin bəzi müttəfiqlərini itirməsinə səbəb olub.
Bundan əlavə, Aİ ilə İsrail arasında mövcud olan assosiasiya sazişinin dayandırılması ehtimalı da müzakirə olunur. Daha əvvəl Avropa İttifaqında İsrailə Livanda quru əməliyyatlarını dayandırmaq çağırışları səsləndirilmişdi.