Strateji əməkdaşlığın əsas istiqamətlərindən biri nəqliyyat əlaqələrinin, xüsusilə “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafıdır.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan və Rusiya Hökumətlərarası Komissiyanın 24-cü iclasında deyib.
Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycan və Rusiya arasında avtomobil yükdaşımalarının həcmi 5,4 milyon tonu ötərək 9 faiz artım göstərib.
“Tərəflər dəhlizin qərb marşrutunun inkişafına xüsusi diqqət yetirir və əvvəlki razılaşmaların icrasını davam etdirirlər. Ötən ilin payızında Astara bölgəsinə səfər zamanı nəqliyyat və investisiya infrastrukturu yerində nəzərdən keçirilib. “Şimal–Cənub” dəhlizinin tam işləməsi üçün Rəşt–Astara dəmir yolu xəttinin tikintisi xüsusi əhəmiyyət daşıyır və bu layihə Avropa ilə Asiya arasında nəqliyyat bağlantılarının güclənməsinə xidmət edəcək. Tərəflər həmçinin tarif siyasətinin təkmilləşdirilməsi, elektron beynəlxalq yük daşımaları sənədlərinin tətbiqi və logistika proseslərinin rəqəmsallaşdırılması üzərində işləyirlər”, - deyə Aleksey Overçuk vurğulayıb.
Baş nazirin müavini əlavə edib ki, 2025-ci ildə qarşılıqlı turist axını 701,5 min nəfər təşkil edib ki, bunlardan təxminən 500 min Rusiya vətəndaşı Azərbaycana, 200 minə yaxın Azərbaycan vətəndaşı isə Rusiyaya səfər edib.
Aleksey Overçuk vurğulayıb ki, Xəzər dənizində kruiz turizminin inkişafını və rəqəmsal platformalar, geoinformasiya sistemləri və elektron xidmətlərin genişləndirilməsini də perspektiv istiqamətlər kimi qiymətləndiriblər.
Bibiheybət yolunda aparılan təmir-bərpa işləri qısa müddət ərzində uğurla yekunlaşdırılıb - VİDEO
Epizootik sabitlik üçün innovativ addımlar atılır, PEYK VƏ DRONLARIN TƏTBİQİ PLANLAŞDIRILIR - ÖZƏL
Azərbaycan ilə Rusiya arasında Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasının nəticələrinə dair Protokol imzalanıb