Zəngilan şəhərində keçirilən Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası çərçivəsində Azərbaycan Respublikasında və Rusiya Federasiyasında avtomobil nəqliyyatı üçün elektron beynəlxalq yük qaiməsi (e-CMR) tətbiqi üzrə şəraitin yaradılmasına dair “Yol Xəritəsi”nə dair sənəd imzalanıb.
“İki sahil” xəbər verir ki, sənədi iki ölkənin Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçuk imzalayıblar.
Sənəd ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsini, qarşılıqlı investisiyaların təşviqini, eləcə də müxtəlif sahələr üzrə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Yekunda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasının nəticələrinə dair Protokol imzalanıb.
Bibiheybət yolunda aparılan təmir-bərpa işləri qısa müddət ərzində uğurla yekunlaşdırılıb - VİDEO
Epizootik sabitlik üçün innovativ addımlar atılır, PEYK VƏ DRONLARIN TƏTBİQİ PLANLAŞDIRILIR - ÖZƏL
Ötən il Rusiya ilə Azərbaycan arsında qarşılıqlı turist axını 701 min nəfər təşkil edib