Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində daha 3 görüş keçiriləcək.
“İki sahil” xəbər verir ki, bütün qarşılaşmalar Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
İngiltərə təmsilçilərindən “Aston Villa” İtaliyada “Bolonya”nın, “Nottingem Forest” Portuqaliyada “Portu”nun qonağı olacaq. Almaniya “Frayburq”u isə öz meydanında İspaniyanın “Selta” komandasını qəbul edəcək.
Bu raundun ötən gün baş tutan matçında Portuqaliya “Braqa”sı evdə İspaniyanın “Real Betis” kollektivi ilə 1:1 hesablı heç-heçə edib.
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 16-da keçiriləcək.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB