ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) daha beş qarşılaşma keçirilib.
“İki sahil” xəbər verir ki, “Klivlend Kavalyers” səfərdə “Memfis”i 142:126, “Nyu-York Niks” “Atlanta Hoks”u 108:105 hesabı ilə məğlub edərək müntəzəm mövsümdə ardıcıl üçüncü qələbələrini qazanıblar.
"Nyu-York Niks" hazırda Şərq Konfransının turnir cədvəlində üçüncü, “Klivlend Kavalyers” dördüncü, "Atlanta Hoks" beşinci yerdədir. “Memfis” isə Qərb Konfransında 12-ci pillədədir.
Matçların nəticələri
“Atlanta Hoks” - “Nyu-York Niks” – 105:108
“San-Antonio Spörs” - “Filadelfiya” – 115:102
“Denver Naqqets” - “Portlend Treyl Bleyzers” – 137:132
“Orlando Mecik” - “Detroit Pistons” - 123:107
“Memfis Qrizlis” - “Klivlend Kavalyers” – 126:142.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB