Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ilk yoldaşlıq oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, yığma Alanya Bələdiyəspor çimərlik stadionunda Moldova seçməsi ilə qarşılaşıb. Görüş komandamızın 8:5 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində Ramil Əliyev, Sabir Allahquliyev və Kamran Qürbətov hərəyə 2, Elşad Manafovla Bayram Bayramlı isə 1 qol vurublar.
Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq oyunu aprelin 7-də keçiriləcək.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB