06 aprel 2026 17:24
104

ABŞ-da 16 böyük əczaçılıq şirkəti dərmanların qiymətlərini aşağı salıb

ABŞ Prezidenti Donald Tramp 16 böyük əczaçılıq şirkəti ilə razılaşmalar əldə edib və onlar indi ABŞ-da reseptli dərman qiymətlərini digər inkişaf etmiş ölkələrdəki ən aşağı qiymətlərlə uyğunlaşdırmaq məcburiyyətindədirlər.

“İki sahil” xəbər verir ki, bu barədə Reuters xəbər yayıb.

Bunun müqabilində istehsalçılara dərmanlara üç il müddətinə idxal rüsumlarından imtina etməyə icazə verilir.

Bundan əlavə, dərman istehsalçıları yeni hökumət platforması TrumpRx.gov vasitəsilə istehlakçılara birbaşa satış etməyi öhdələrinə götürüblər.

Donald Tramp 2025-ci ilin iyul ayında 17 şirkətə qiymət düzəlişləri tələb edən məktub göndərib.