06 aprel 2026 16:43
117

Avropa Şurasının prezidenti İrana çağırış edib

Avropa Şurasının prezidenti António Kosta İran lideri Məsud Pezeschkianı regional ölkələrə hücumları dayandırmağa çağırıb.

“İki sahil” xəbər verir ki, Kosta bu barədə sosial media hesabında yazıb.

"Avropa İttifaqı İranı regional ölkələrə hücumlarını dərhal dayandırmağa və Hörmüz boğazından tam naviqasiya azadlığını təmin etməyə çağırır", - Kosta sosial mediada yazıb.

Daha əvvəl Fars xəbər agentliyi ABŞ və İsrailin İrandakı neft-kimya zavoduna hücum etdiyini bildirmişdi.