06 aprel 2026 15:41
125

KXDR son hadisələr fonunda İranla arasında məsafə saxlayır

Şimali Koreya (KXDR) İran ətrafında baş verən münaqişədən tədricən uzaqlaşmağa çalışır.

“İki sahil” "Kommersant"a istinadla bu barədə Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti məlumat yayıb.

Qurumun qiymətləndirməsinə görə, Pxenyan bu addımı ABŞ ilə mümkün dialoq imkanlarını açıq saxlamaq məqsədilə atır. Hesabatda bildirilir ki, adətən Tehranın müttəfiqi sayılan KXDR son hadisələr fonunda qeyri-adi davranış nümayiş etdirib.

Belə ki, Pxenyan İranın ali lideri Əli Xameneinin ölümü ilə bağlı başsağlığı verməyib və onun oğlu Müctəba Xameneinin ali rəhbər vəzifəsinə gəlməsi münasibətilə təbrik göndərməyib.

Bundan əlavə, KXDR uzun illər davam edən praktikaya zidd olaraq İrana hər hansı silah tədarükündən də çəkinib. Bu isə analitiklər tərəfindən Pxenyanın regional münaqişədən məsafə saxlayaraq Vaşinqtonla münasibətləri yaxşılaşdırmaq niyyəti kimi qiymətləndirilir.